Modern.az

Putin: Razılaşmanı mən, Əliyev və Paşinyan hazırlamışıq

Putin: Razılaşmanı mən, Əliyev və Paşinyan hazırlamışıq

Aktual

22 Noyabr 2020, 15:26

Dağlıq Qarabağa dair saziş bağlanarkən Rusiya yalnız vasitəçi rolunu yerinə yetirib və tərəflərin sülh yolu ilə ayrılmalarına dair öhdəlik götürüb.

 

Modern.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində deyib.

 

O vurğulayıb ki, sazişin müəllifləri üç tərəf - Rusiya, Ermənistan və Azərbaycandır.

 

"Mətnin özünə gəldikdə isə, biz bunu üçlükdə edirdik-mən, təbii ki, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa cür mümkün deyildi, çünki əslində bu, iki tərəf arasında razılaşma idi", - deyə Rusiya Prezidenti bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır