Arxiv
1 Dekabr 2020, 13:32 | AKTUAL
Şəhidin son sözü: “Məndən narahat olmayın”…

Azərbaycan Böyük Vətən Müharibəsinin 19 yaşlı şəhidi Röyal Erzar oğlu Aslanovdan danışmaq istəyirəm sizə.

Röyal 17.05.2001-ci ildə Tovuz rayonunun  Abulbəyli kəndində doğulub. 2008-ci ilin sentyabr ayında N.Tusi adına Tovuz şəhər tam orta məktəbin 1-ci sinfinə gedib, 5-ci sinfədək burada oxuyub. 2013-cü ildə ailəsi ilə birlikdə yaşayış yerini dəyişdiyi üçün orta məktəb təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib.  

Röyal hələ 3-cü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib, boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında 2-ci yerə, 2018-ci ilin may ayında 1-ci yerə çıxıb.

Sonra doğma Vətənə dönən Röyal, 2019-cu ilin iyununda həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini Tapqaraqoyunludakı “N” saylı hərbi hissədə keçən gəncimiz, Azərbaycan Böyük Vətən Müharibəsi başlayandan döyüşlərə qatılıb, Tərtər, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Soyadına uyğun aslanlar kimi döyüşən qorxmaz Röyal Aslanov, 29 sentyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub, 30 sentyabrda Tovuz şəhər qəbristanlığında dəfn olunub.

Röyalgil ailədə bir qardaş, bir bacı olub. Çox saf tərbiyəli, vətənpərvər övlad olub Röyal. Hərbi xidmətdə olan zaman, fürsət düşdükcə atası, anası və bacısı ilə telefonla danışırmış. Böyük ruh yüksəkliyi ilə deyirmiş: “Hər şey yaxşıdır. Sizə zəng vurmasam, narahat olmayın”.

Vətən üçün narahat olan, döyüşlərə atılan oğulların dilinin əzbəridir bu söz: “mənimçün narahat olmayın”... – bu sözü artıq neçə şəhid ailəsindən eşitmişəm; demək, burada hansısa bir qanunauyğunluq var; demək ki, vətənpərvərlərin, qorxmazların ümumi cəhətləri var və onlar hər nə olursa olsun, onlarıçün kimnsə narahat olmasını istəmir... Amma özləri məqsədə çatandək rahat yuxu yatmır... Məqsədsə müqəddəsdir: Ana Vətən Xidməti!

Yaxşı xatırlayıram, uzun illər bundan öncə, Tovuzun “Həqiqət” qəzetində, o zamankı hərbi çağırışçılardan olan İsmayıl adlı gənc şairin belə bir şeiri çap edilmişdi:

“Könlümü oxusaydın,

Mən indi fəxr edirəm. –

Ana, gözlərin aydın,

Bu gün əsgər gedirəm.

Bu şad xəbəri bildik,

Bağçamız bağa döndü.

Vətən, hazıram! – deyə,

Ürəyim dağa döndü.

Könlümüzdə xoş səsdir

Vətənin məhəbbəti.

Vəzifə müqəddəsdir:

Ana Vətən xidməti”...

Ana Vətənin müdafiəsini, torpaqlarımızın azadlığını müqəddəs bilən oğullarımız olduqca, biz varıq! Çuvaşların məşhur sözü ilə desək: Epir pulna, pul, pulatpır! – Vardıq, varıq, var olacağıq!

Biz Sizdən narahat deyilik, əziz şəhdlərimiz! Siz mərtəbələrin ən gözəlindəsiz: Şəhidlik mərtəbəsində! Məkanların ən ülvisindəsiz: Cənnətdə! Siz də bizdən narahat olmayın – bu dünyanın cənnəti Şuşa bizdədir – cənnət şəhərimiz də, milli ruhumuz da azaddır artıq!



Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35