Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir. 1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləyib. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışıb. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olub. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. 1 övladı var. |
![]() |
Bu, mənim birinci şəkilimdi. Deyirlər bu şəkil çəkiləndə altı aylıq imişəm... |
![]() |
Burada iki yaşım tamam olmayıb. Atam, anam, nənəmlə Kislovodskdayıq. 1968-ci ildir. |
![]() |
Tez-tez məni fotostudiyaya şəkil çəkdirməyə aparırmışlar. Bu şəkildə txminən 5 yaşım olar. |
![]() |
Anam diktor olanda ondan əl çəkmirdim. Bu şəkili telestudiyada çəkiblər. 6 yaşım olar. |
![]() |
Artıq pionerəm. Dördüncü sinifdə oxusam da, müəliməmlə boyda bərabərik |
![]() |
Bu VI sinif şəklimdi. Riyaziyyat gecəsi zamanı çəkilib. Orta məktəb yoldaşlarımla əlaqələrim var. |
![]() |
Atamla çox az şəklim var. |
![]() |
Atam “Uzaq sahillərdə” filmində Mixaylo rolunu oynamalıymış. Bunun üçün o, ilk mərhələdən də keçib. Ancaq sonra nəsə alınmayıb... |
![]() |
Bu da son zəng. Sinif yoldaşlarımızla söz vermişdik ki, heç olmasa, ildə bir dəfə görüşək. Ancaq iş elə gətirdi ki, biz 22 ildən sonra toplaşa bildik. |
![]() |
Burada I kurs tələbəsiyəm. Məzunu olduğum məktəbə dəvət olunmuşam. Onu da deyim ki, mən axıradək həm orta məktəbdə, həm də institutda sinif nümayəndəsi olmuşam. |
![]() |
III kursdayam. Lenin təqaüdü alıram. O zaman tələbə üçün bundan böyük nə ola bilərdi ki... |
![]() |
Xalamla birlikdə... Yalnız ailənin deyil, nəslin tək övladıyam. Ona gərə də məni hər yerə aparırdılar. Deyim ki, ərköyünlük üçün mənə şərait yaratsalar da heç zaman bundan sui-istifadə etməmişəm |
![]() |
İxtisasımı təkmilləşdirmək üçün sovet dönəmində Türkiyəyə göndərilmişəm. Buna səbəb əlaçı olmağım idi. |
![]() |
Anamla... |
![]() |
BDU-nu avqustda bitirdim, sentyabrda isə orada müəllim kimi fəaliyyətə başladım. Arxa fonda lövhədə ”İstiqlal marşı”nı mən yazmışam. |
![]() |
Şəkildən də görünür ki, artıq müəllim kimi təcrübəm var. |
![]() |
Namizədlik dissertasiyamı müdafiə edirəm. Füzulidən danışmaq asan deyil. |
![]() |
Toyum 1989-cu il dekabrın 26-da olub. Meydan hərəkatının qızğın vaxtlarıdır. Toyda Koroğlu üvertürası səslənəndə bütün kişilər ayağa qalxdı. Mən də ixtuyarsız olaraq onalara qoşuldum. |
![]() |
Altı yaşımda anamla çəkilən şəklimdi |
![]() |
Yuxarıdakı şəkillə müqayisə etməyə dəyər. |
![]() |
Türkiyənin zəfər günü qızımla şəkil çəkdirdim. |
![]() |
Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkirəm. |
![]() |
Bibim qızının toyudur. |
![]() |
Orucluğun son günü... |
![]() |
Seçkinin səhəri günü. Qızım da yanımdadır. Deyəsən o da gələcəkdə namizədliyini verəcək. |
![]() |
Strasburqdayam. |
![]() |
Avropa Parlamentinin binası önündə. |
![]() |
Mersində Türkiyənin dövlət naziri bizə mükafat verir. |
![]() |
Bolqarıstandayam. |
|
Qızımı da Bolqarıstana aparmışam. |
|
Bu şəkli qızım güzgüdən çəkib. Mənim üçün çox maraqlıdır... |
|
Doktor Cavad Heyəti evimizə qonaq çağırmışıq. |
|
Komitədə Vaqif Səmədoğlunun yubileyini qeyd edirik. |
|
Burada isə Nizami Cəfərovun yubileyidir. |
|
8 martda "Azərbaycan" qəzeti üçün şəkil çəkdiririk |
|
Deputatın elçi getməyi çox maraqlı olurmuş. Xalam oğlunun elçiliyinə gedərkən... |
|
Gürcüstan parlamentinin sədr müavini ilə. |
|
Prezidentin Zərdaba gəlişi zərdablılar üçün toy-bayram idi. |
|
Doktorluğumu müdafiə edirəm. |
|
Doktorluğu müdafiədən sonra həmkarlarım məni təbrik edirlər |
|
Qızımla xaricdə səfərdəyik. |
|
Həmkarım Həvva Məmmədovanın qızının toyunda. |
|
Zərdabda yeni məktəbin açılışı zamanı. |
|
28 May günü... |
|
İki böyük sənətkarın görüşünü izləmək çox maraqlıdır. |
|
Şəkildə ön cərgədə gördüyünüz üç qardaşdırlar. Onlar ata və analarını vaxtsız itiriblər. Elə etmişəm ki, onlar ən kiçik problemlərini mənə ərklə, tələb şəklində deyirlər... |
|
Bolqarıstanın spikeri ilə görüş. |
|
Qaradağda prezident seçkilərini müşahidə edən qrupun üzvləri ilə... |
|
Mehmet Əli Şahin Türkiyə-Ermənistan sərhədləri ilə bağlı Azərbaycana gəlib. |
|
Göyçayda nar bayramından sonra ağac əkirik. |
|
Şəhidlər Xiyabanında. |
|
Köməkçim Nurcanla. |
|
Kipr səfəri zamanı... |
|
8 Martda Milli Məclisin sədri bizi təbrik edir. |
|
Ulu öndərin abidəsi önündə.. |
|
ANS cənab Prezidenti 2008-ci ildə “İlin adamı” elan edib. |
|
Xoşladığım şəkillərimdəndir. |
|
Milli Məclisdə iclas gedir. |
|
Bu şəkil xəbərim olmadan çəkilib. |
|
Son şəkillərimdəndir. |
2 Fevral 2010, 09:30 | FOTOSÖHBƏT
Deputat Jalə Əliyeva ilə fotosöhbət
Bizi sosial şəbəkələrdə izləyin
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
_179.jpg)
_550.jpg)















1464863725.jpg)





Azərbaycan neftinin qiyməti 56 dolları ötdü
20 Yanvar 2021, 11:48
Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı
20 Yanvar 2021, 11:42
Baş Konsulluq 20 Yanvarla bağlı qısa film hazırlayıb - VİDEO
20 Yanvar 2021, 11:37
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
20 Yanvar 2021, 11:32
Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO
20 Yanvar 2021, 11:26
“Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova
20 Yanvar 2021, 11:20
Nazir polis rəisini işdən azad etdi
20 Yanvar 2021, 11:18
Atamın şilləsi, sevgisi və 20 yanvar
20 Yanvar 2021, 11:16
Göyçayda keçmiş məhkumdan narkotik götürüldü
20 Yanvar 2021, 11:14
Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava
20 Yanvar 2021, 11:10
İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək - Səfir
20 Yanvar 2021, 11:05
“Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT
20 Yanvar 2021, 11:01
Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir? - ÖZÜ AÇIQLADI
20 Yanvar 2021, 10:57
Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi
20 Yanvar 2021, 10:51
Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək?
20 Yanvar 2021, 10:47
Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI
20 Yanvar 2021, 10:42
Saat 12:00-də bir dəqiqəlik sükut olacaq
20 Yanvar 2021, 10:40
Los Ancelesdə Qara Yanvar faciəsi barədə film - VİDEO
20 Yanvar 2021, 10:35
Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm”
20 Yanvar 2021, 10:30
Şuşada tarixi abidələrin monitorinqi aparılır
20 Yanvar 2021, 10:24
Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı
20 Yanvar 2021, 10:18
“Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi
20 Yanvar 2021, 10:12
20 yanvar... 300 il keçsə də...
20 Yanvar 2021, 10:06
“Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO
20 Yanvar 2021, 10:00
Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar
20 Yanvar 2021, 09:54
Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı
20 Yanvar 2021, 09:48
Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi
20 Yanvar 2021, 09:42
Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi
20 Yanvar 2021, 09:36
Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU
20 Yanvar 2021, 09:30
Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO
20 Yanvar 2021, 09:24
Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq
20 Yanvar 2021, 09:18
Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək
20 Yanvar 2021, 09:12
Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
20 Yanvar 2021, 09:06
Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər
20 Yanvar 2021, 09:00
Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır”
20 Yanvar 2021, 08:49









