Modern.az

İranda avtobus qəzası: 11 ölü, 17 yaralı

İranda avtobus qəzası: 11 ölü, 17 yaralı

Dünya

26 Sentyabr 2026, 10:22

İranda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, qəza Həmədan-Save avtomagistralında, Save şəhəri yaxınlığında baş verib. Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Məlumata görə, avtobus ölkənin qərb hissəsindən Tehran istiqamətində hərəkət edib. Save şəhəri yaxınlığında avtobus magistral yolda aşıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!