Modern.az

Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir

Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir

İqtisadiyyat

Bu gün, 09:30

Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.

Neft-qazın da unudmamalı olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu il də artıq bir çox yeni müqavilələr imzalanıb. Yəni neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir və böyük bir rifah yaradacaq”.

Prezident deyib ki, Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər.

“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz doğrudan da qovşağıq. Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan azsaylı ölkələrdəndir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
2nd Azerbaijan International Investment Forum