Modern.az

TÜRKSOY-un nümayəndələri Ağdamda

TÜRKSOY-un nümayəndələri Ağdamda

Qarabağ

17 Yanvar 2021, 12:18

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

 

Modern.az-ın məlumatına görə, qonaqlar Ermənistanın dağıtdığı Ağdamda şəhərinin xarabalıqları ilə tanış olublar və Ağdam Cümə məscidinə gediblər. Nümayəndə heyəti Pənahəli xanın məqbərəsinə də səfər ediblər.

 

Nümayəndə heyəti Pənahəli xanın məqbərəsinə də baş çəkiblər.

 

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev, Bobur Tagayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyət və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslər daxildir. 

 

Qonaqlar Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!