Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

22 Yanvar 2021, 14:22

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

 

Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...