Modern.az

Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO

Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO

26 Yanvar 2021, 10:22

YAP Gəncə şəhər təşkilatının sədri, deputatı Naqif Həmzəyev Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyatət edib.

 

Modern.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin qəhrəman qaziləri və şəhid ailələri ilə görüşən deputat, onların qayğıları ilə maraqlanıb. Lazımi dəstək üçün hər zaman hazır olduğunu qeyd edən N.Həmzəyev, Vətən uğrunda canından keçən və bu yolda sağlamlığını itirən qəhrəmanları daim diqqətdə saxlamağın hər birimizin vətəndaşlıq borcu olduğunu ifadə edib.

 

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı mütəmadi olaraq Vətən müharibəsi qazilərini və şəhid ailələrini ziyarət edərək mənəvi dəstək göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi