Modern.az

Əbülfəs Qarayev mətbuatı boykot edib

Əbülfəs Qarayev mətbuatı boykot edib

Ölkə

16 Fevral 2021, 15:24

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyulması ilə bağlı məlumat yayılıb.

Modern.az saytının əməkdaşı xəbəri dəqiqləşdirmək üçün sabiq nazirlə əlaqə saxlayıb. O isə zəngimizdən heç də məmnun olmayaraq, növbəti dəfə “məni narahat etməyin” deyib:

 

“Mən evimdəyəm, heç yerə getmək fikrim yoxdur, mətbuatla da əlaqə saxlamaq istəmirəm. Jurnalistlər məni narahat etməsinlər”.

 

Yayılan məlumata görə, rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən sabiq mədəniyyət naziri həbs edilməsə də, istintaq altındadır. Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb. Gununsesi.info-nun məlumatına görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib. O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?