Modern.az

“Civan Qasparyan yalan danışır” - Alim Qasımov

“Civan Qasparyan yalan danışır” - Alim Qasımov

Mədəni̇yyət

28 Avqust 2012, 12:49


Azərbaycan milli musiqi aləti olan balabanın erməni ifaçısı Civan Qasparyan “İzvestiya” qəzetinə müsahibəsində xalqlar arasındakı münasibətlərdən danışarkən, bildirib ki, o, hətta bir dəfə Alim Qasımovla birgə ifa edib: “Bütün bu düşmənçiliyi yayan siyasətçilərdi”.

Modern.az muğam ustadı, xalq artisti Alim Qasımovdan açıqlama alıb. Xalq artistinin sözlərinə görə, bu tamamilə yalan məlumatdır:
“Biz heç vaxt onunla birgə çalıb-oxumamışıq. O, yalan deyib. 5 il öncə Danimarkada festival keçirilirdi. Onlar yarım saat öz proqramları ilə çıxış etdilər, biz də 45 dəqiqə öz proqramımızla çıxış etmişik. Mən, qızım Fərqanə və öz ansamblımız. Yəni eyni səhnədə ayrı-ayrı vaxtlarda öz proqramımızla çıxış etdik, vəsalam”.

 

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür