Modern.az

Yoluxma azaldı, 2 nəfər öldü

Yoluxma azaldı, 2 nəfər öldü

Hadisə

24 Fevral 2021, 14:53

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 233644 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7915 hazırkı dövrədək isə 2571016 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir