Modern.az

Salyanda iki "Mercedes" toqquşdu, 5 nəfər xəsarət aldı

Salyanda iki "Mercedes" toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə

Bu gün, 14:10

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralananlar Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyevadır.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır