Mingəçevirdə ölüm hadisəsi ilə nəticələnən dava baş verib.
Modern.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərdə fəaliyyət göstərən kafelərdən birinin qarşısında qeydə alınıb.
Məlumata görə, 51 yaşlı Rafiq Məmmədovla 35 yaşlı Tural Bəhrəmli arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Məmmədov T.Bəhrəmliyə müxtəlif bədən xəsarətləri yetirib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan T.Bəhrəmlinin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən tibb müəssisəsində vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən Rafiq Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.