Modern.az

Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb  

Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb  

25 Fevral 2021, 09:48

Qarlı və şaxtalı hava ilə əlaqədar ötən gündən indiyədək respublika ərazisində 12 yol qəzası baş verib.

Bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.

 

N.Piriyevin sözlərinə görə, qəzalar nəticəsində 1 nəfər ölüb, 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı