Modern.az

Din xadimləri “Ana harayı” abidəsini ziyarət etdilər

Din xadimləri “Ana harayı” abidəsini ziyarət etdilər

26 Fevral 2021, 17:35

Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış «Ana harayı» abidəsini ziyarət ediblər.

       
Modern.az xəbər verir ki, din xadimləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciə qurbanlarının abidəsinin önünə tər çiçəklər düzdülər, faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, onların ruhları üçün dualar etdilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir