Modern.az

Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR

Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR

Media

1 Mart 2021, 12:42

Bu gün Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim və sədr müavini Elşad Eyvazlı Türkiyənin Azərbaycandakı səfirliyində olublar.

 

Modern.az xəbər verir ki, birliyin nümayəndələri Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özaralla görüşüblər.

 

Səfir xarici jurnalistlərin ölkəyə səfərini təşkil edən təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, bu cür addımların yaxın gələcəkdə yenidən atılmasının mühümlüyünü vurğulayıb.

 

E.Özaral bu məsələdə Qlobal Jurnalistlər Birliyinin yanında olduğunu bildirib və beynəlxalq təşkilatları da bu işə dəstək olmağa çağırıb.

 

Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim öz növbəsində bundan sonrakı fəaliyyətində də haqlı mübarizəsində qardaş Azərbaycanın yanında olacağını və davamlı şəkildə xarici jurnalistlərin ölkəmizə səfərini təşkil edəcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır