Modern.az

Cüdoçumuz \"Böyük dəbilqə\"də bürünc medal qazandı

Cüdoçumuz \

7 Mart 2021, 16:38

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində daha bir cüdoçumuz bürünc medala sahib olub.

 

Modern.az xəbər verir ki, turnirin üçüncü – sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq) üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Şermuxammad Jandreyevi məğlub edib.

 

Bununla da hazırda komandamızın hesabında 2 bürünc medal var. Ötən gün Rüstəm Orucov (73 kiloqram) da millimizin aktivinə bürünc medal yazdırıb.

 

Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi