Modern.az

Kürdəmirdə bir toy, bir ad günü məclisi yarımçıq dayandırıldı

Kürdəmirdə bir toy, bir ad günü məclisi yarımçıq dayandırıldı

12 Aprel 2021, 20:28

Kürdəmir rayonunda toy məclisi təşkil edən rayon sakinləri saxlanılıb.

 

Modern.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ərşəli kənd sakini Abuzərov Tacir Abuzər oğlu və onun qardaşı Abuzərov Ağamirzə kənddə toy məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Hər iki qardaş rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 200 manat cərimə tətbiq olunub.

 

Kürdəmir rayonunda ad günü məclisi də təşkil edən rayon sakinləri saxlanılıb.

 

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Çöl-Ərəb kənd sakini Süleymanov Elşən Ramiz oğlu kənddə ad günü məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Saxlanılan şəxs Elşən Süleymanov və ad günündə iştirak edən digər 4 nəfər kənd sakini rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmənin qərarı ilə onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat cərimə edilib (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub