Modern.az

Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir

Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir

13 Aprel 2021, 08:08

Bu gündən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.

 

Namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

 

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

 

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək. Müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub