Modern.az

Bir gündə 164 milyard dollar qazandı

Bir gündə 164 milyard dollar qazandı

Dünya

Bu gün, 09:15

İlon Maskı dünyanın ən varlı insanı statusunu möhkəmləndirir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün iş adamının sərvəti 164 milyard dollar artıb. Hazırda Maskın ümumi kapitalı 1,3 trilyon dollara çatıb.

Onun şəxsi sərvətinin kəskin artması əsas səhmdarı və yaradıcısı olduğu SpaceX şirkətinin bazara 135 dollar qiymətlə çıxan səhmlərinin qısa müddətdə 42%-dən çox bahalaşması olub. Şirkətin bazar kapitallaşması 2,5 trilyon dolları keçərək onu dünyanın ən dəyərli altı şirkəti sırasına daxil edib.

86,2 milyard dollar vəsait cəlb edən şirkət süni intellekt və kosmik texnologiyalar sektoruna investor inamını kəskin artırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ