Modern.az

“Brent” 83 dollardan aşağı endi

“Brent” 83 dollardan aşağı endi

İqtisadiyyat

16 İyun 2026, 09:30

Dünya bazarında neftin qiymətində azalma müşahidə olunub.

Modern.az xəbər verir ki, Londonun “ICE” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin avqust müqaviləsi üzrə qiyməti 0,43% azalaraq bir barel üçün 82,81 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə 2026-cı ilin iyul ayında tədarük ediləcək WTI markalı neftin bir barelinin qiyməti 0,19% ucuzlaşaraq 80,6 ABŞ dollarına enib.

Qeyd edək ki, qlobal enerji bazarlarında qiymət dəyişiklikləri geosiyasi proseslər, hasilat həcmləri və tələbatla bağlı gözləntilərin təsiri altında formalaşır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada