Modern.az

Milli Məclisdə insan alverindən DANIŞILDI

Milli Məclisdə insan alverindən DANIŞILDI

23 Aprel 2021, 11:47

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov çıxış edir.

Modern.az xəbər verir ki, Seyfulla Əzimov Vətən müharibəsində şanlı qələbə ilə yadda qalan 2020-ci ildə də insan alverinə qarşı mübarizənin bir an belə səngimədiyini deyib.

O bildirib ki, pandemiya paralel olaraq cinayətkar qruplar üçün də imkanlar açıb:

“Dünyada məcburi əmək, insan alveri kimi cinayətlər xeyli artıb. Koronavirus infeksiyasına qarşı ölkədə tətbiq edilən tədbirlər insan alverinə qarşı mübarizəyə də təsir göstərib. Bununla belə, insan alverinə qarşı fəaliyyət daim diqqət mərkəzində olub”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı