Modern.az

“Turizmi canlandırmaq üçün qaydalar dəyişdirilməlidir” - Deputat

“Turizmi canlandırmaq üçün qaydalar dəyişdirilməlidir” - Deputat

23 Aprel 2021, 11:49

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycan 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər.

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov rəsmi statsitikaya əsasən bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında ölkəmizə gələnləsin sayı kəskin azalıb:

 

“Belə ki, ötən illə müqayisədə 2 ayda Azərbaycana Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan gələnlərin sayı 8,9 dəfə, Qazaxıstandan gələnlərin sayı 7,7 dəfə, Özbəkistandan gələnlərin sayı 5,2 dəfə, Rusiya Federasiyasından gələnlərin sayı 4,1 dəfə, Ukraynadan gələnlərin sayı 3,7 dəfə, Böyük Britaniyadan gələnlərin sayı 3,6 dəfə, Belarusdan gələnlərin sayı 2,1 dəfə, Türkiyədən gələnlərin sayı 1,9 dəfə, İrandan gələnlərin sayı 1,6 dəfə azalıb.

COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var. Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan əcnəblilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də, bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.

 

Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...