Modern.az

Xalq şairi Fikrət Qoca vəfat etdi

Xalq şairi Fikrət Qoca vəfat etdi

Allah rəhmət eləsi̇n

5 May 2021, 08:45

Azərbaycanın Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.


Modern.az
xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyi məlumat yayıb.

 

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 

 

Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru idi.



1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.



Onun "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə",  "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən elə - dildən dilə", "Sükutun səsi" və  s. kitabları oxucuların ixtiyarına verilib.



1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 1998-ci ildə "Humay" mükafatına layiq görülüb. 1995-ci ildə Azərbaycan Respublikasının "Şöhrət”, 2020-ci ildə isə “İstiqlal”ordeni ilə təltif olunub.



Allah rəhmət eləsin...

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir