Modern.az

ABŞ İranın 5 neft tankerini vurdu – Tehran cavab verdi

ABŞ İranın 5 neft tankerini vurdu – Tehran cavab verdi

Dünya

Bu gün, 09:41

İranla ABŞ arasında hərbi qarşıdurma yenidən kəskinləşib. Tərəflər Hörmüz boğazı, Oman körfəzi və İordaniya ərazisində qarşılıqlı hücumlar həyata keçirdiklərini açıqlayıblar.

Modern.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İran xam neftini daşıyan beş tankerin vurularaq sıradan çıxarıldığını bildirib.

ABŞ tərəfinin məlumatına görə, tankerlər Oman körfəzi, Hörmüz boğazı yaxınlığı və Xark adası ətrafında hədəfə alınıb. Hücumdan əvvəl gəmilərin heyətlərinə tankerləri tərk etmək barədə xəbərdarlıq edildiyi bildirilib.

Vaşinqton zərbələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun son günlərdə ABŞ hərbi gəmisini iki dəfə ballistik raketlərlə vurmağa çalışmasına cavab adlandırıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab əməliyyatı zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin DDG-119 “USS Delbert D. Black” və DDG-53 “USS John Paul Jones” raket esmineslərini hədəfə aldığını açıqlayıb. Bildirilib ki, hər iki gəmi “Aegis” müdafiə sistemi və qanadlı raketlərlə təchiz olunub.

İran tərəfi, həmçinin İordaniyada yerləşən ABŞ hərbi bazalarına ballistik raket zərbələri endirdiyini bəyan edib.

Tehran Amerika gəmilərinə ciddi ziyan vurulduğunu iddia etsə də, bu məlumat ABŞ tərəfindən təsdiqlənməyib. Hücumların nəticələri və mümkün itkilərlə bağlı tərəflərin açıqlamaları arasında fərqlər qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var