Modern.az

Ayı mənimsəyən Trampa BMT-dən cavab

Ayı mənimsəyən Trampa BMT-dən cavab

Dünya

9 Sentyabr 2026, 00:42

BMT-dən ABŞ Prezidenti Donald Trampın "Ay ABŞ-nindir" bəyanatına cavab verilib. 

Modern.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın kosmosun dinc məqsədlərlə istifadəsinə sadiq olduğunu bildirib:

"Biz kosmosun dinc məqsədlərlə istifadəsinə inanırıq və deyəcəyim budur".

ABŞ da daxil olmaqla 100-dən çox dövlətin tərəf olduğu 1967-ci il Kosmos Müqaviləsi Ayın və digər səma cisimlərinin suverenlik, istifadə və ya işğal iddiaları ilə milli mənimsənilməsini qadağan edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...