Modern.az

Qalibafdan sensasion paylaşım

Qalibafdan sensasion paylaşım

Dünya

9 Sentyabr 2026, 02:21

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ABŞ-a məxsus pilotsuz sualtı aparatın Hörmüz boğazının girişində SEPAH tərəfindən ələ keçirilməsi ilə bağlı xəbərə ironik münasibət göstərib.

Modern.az xəbər verir ki, Qalibaf “X” sosial şəbəkəsində retro-komiks üslubunda hazırlanmış karikatura paylaşıb.

Belə ki, şəkildə iranlı hərbçinin ABŞ-aməxsus sualtı dronun gövdəsinə döydüyü təsvir olunub.

Karikaturada ingilis dilində “Knock! Knock!” (Tıq-tıq!) ifadəsi yer alıb.

Qalibaf bununla SEPAH-ın ABŞ sualtı dronunu ələ keçirməsi barədə açıqlamasına istehzalı şəkildə münasibət bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?