Modern.az

“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb 

“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb 

Ölkə

Bu gün, 08:21

Dünya bazarında neft bahalaşmaqda davam edir.

Modern.az xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,40 dollar və ya 1,43% artaraq bir barel üçün 99,32 dollara çatıb.

"WTI" markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,17 dollar və ya 1,28% bahalaşaraq 94,20 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ və İran arasında hərbi gərginliyin davam etməsi və Yaxın Şərqdən neft tədarükünün pozula biləcəyi ilə bağlı narahatlıqların güclənməsi ilə əlaqələndirilir. Xüsusilə Hörmüz boğazında daşımalarla bağlı qeyri-müəyyənlik qiymətlərə yüksəldici təsir göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi