Modern.az

İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb…

İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb…

8 May 2021, 13:02

“1 aprel 2021-ci il tarixinə Respublika üzrə 159 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısı Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, həmçinin aylıq pensiya ilə təmin olunur”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

 

R.Mehdilinin sözlərinə görə, müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdünün məbləği  I dərəcə üzrə 400 manat, II dərəcə üzrə 350 manat, III dərəcə üzrə 300 manat təşkil edir:

 

“I dərəcə əlilliyi olanlara qulluq edənlərə də Prezidentin aylıq təqaüdü olaraq 50 manat ödənilir. Eyni zamanda, İkinci Dünya müharibəsi iştirakçılarına da Prezidentin aylıq təqaüdü olaraq 300 manat verilir. İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları həmin təqaüdlə yanaşı, aylıq pensiya ilə də təmin olunurlar. Həmin vətəndaşların orta aylıq pensiya məbləği  415 manatdır”.

 

Departament müdiri qeyd edib ki, ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi iqtiqamətində məqsədyönlü işlər davamlı olaraq görülür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir