Arxiv
9 May 2021, 14:20 | AKTUAL
Daşkəsəndə 96 yaşlı veteran evində təbrik edildi

Mayın 9-da Daşkəsən rayon İcra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə  faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibəti ilə Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı İdris Əhmədovun bayramını evində təbrik ediblər.

 

Modern.az xəbər verir ki, Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təbriklərini və bayram sovqatını İdris Əhmədova çatdıran rayon İcra hakimiyyətinin məsul işçisi Elmar Əliyev görüşdə deyib ki,  İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək döyüş yolu keçib.

 

130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu gün müharibə və əmək veteranları dövlətimizin gündəlik qayğısını hiss edirlər. Prezident cənab İlham Əliyev veteranların sosial müdafiəsi məsələsini daim öz nəzarətində saxlayır: veteranlara prezident təqaüdü ödənilir, müntəzəm olaraq onlara mənzil və avtomobillər ayrılır, digər güzəştlər şamil edilir.

 

Elmar Əliyev onu da vurğulayıb ki, Daşkəsən rayonunda müharibə iştirakçılarına həmişə böyük diqqət və qayğı göstərilir. Rayon İcra hakimiyyəti  digər əlaqədar təşkilatlar ilə birlikdə müharibə veteranlarının problemlərinin həllinə, onların müalicəsinə daim yaxından köməklik göstərir.

 

Sağlamlıq durumu yerində olan veteranla çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Müharibə illəri ilə bağlı xatirələrini bölüşən Berlinə qədər döyüş yolu keçmiş İdris Əhmədov ona hər zaman göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib. 96 yaşlı veteran öz növbəsində bizə Qarabağda zəfər yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə və  hərbçilərimizlə qürur duyduğunu bildirib. Sonda veteranla xatirə şəkli çəkilib.

 

Hazırda Daşkəsən rayonunda 1 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.

 

Elmar Əliyev - Vüqarlı

Daşkəsən RİBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?