Modern.az

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq

Aktual

10 May 2021, 08:44

Bu gündən Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyanln növbəti mərhələsinə start verilir.

 

Modern.az-ın məlumatına görə, 18 yaşdan yuxarı şəxslərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

 

Peyvənd olunmaq istəyən şəxslər könüllülük prinsipi əsasında “randevu.its.gov.az” saytında qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, Randevu sistemi “Sinovac” vaksini üçün yaşı 40 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

 

“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

 

Qeyd edək ki, 18 yanvardan indiyədək Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 687 397-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü