Arxiv
12 May 2021, 11:12 | HADİSƏ
İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?..

Son günlərdə artan İsrail-Fələstin gərginliyi Azərbaycan cəmiyyətinə də təsirsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrin Azərbaycan seqmentində insanlar iki yerə bölünüb: bir qrup İsraili, digər qrup isə Fələstini müdafiə edir.


Maraqlıdır, əslində azərbaycanlılar hadisələrə necə yanaşmalıdır? Biz hansısa ölkəni müdafiə etməliyikmi?


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-ın bu sorğusunu cavablandırıb.


Onun sözlərinə görə, azərbaycanlıların ən yaxşı münasibəti hər iki tərəfi sülhə çağırmaqdır:

“Bizim əsas meyarımız dövlətimizin maraqları olmalıdır. Bildiyimiz kimi, Azərbaycan dövlətinin İsraillə münasibətləri çox yaxşıdır.

Onu da qeyd etmək lazımdır ki, bu hadisələr xoşagəlməzdir. Körpə uşaqlar həlak olur. Mən hesab edirəm ki, belə bir mərhələdə bizim ən yaxşı mövqeyimiz kimisə müdafiə etmədən hər iki tərəfi sülhə çağırmaqdır. Sosial şəbəkələrdə insanlar kimisə müdafiə etməkdənsə, daha çox insanın həlak olmaması üçün sülhü dəstəkləməlidir”.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Fələstin-İsrail münaqişəsini xalqların gözündən ən yaxşı təsvir edən əsər Bağdadda doğulmuş yəhudi əsilli yazıçı Əli Amirin “Yasəmən” romanıdır:

““Əmioğulları”nın davasında xalqların günahı yox, hər birinin öz həqiqətləri var.

İndi yenidən qızışan qarşıdurmada Azərbaycanın mümkün qədər neytral olması vacibdir, hətta Türkiyənin sərt mövqeyinə rəğmən. Əksinə, Bakı İsrail və Türkiyə münasibətlərində körpü ola bilər. Ankara-Təl-Əviv münasibətləri nə qədər yaxşı olarsa, bu, fələstinlilər üçün də normal perspektivlər yarada bilər.

Lakin dövlətin maraqlarına uyğun siyasi xətt tutması o demək deyil ki, insanlarımız zülmü alqışlamalıdır. Əslində normal olmayan məsələni bu qədər yaxına buraxmağımız, bu qədər həssaslaşdırmağımızdır”.


A.Nərimanlı deyib ki, dövlətin maraqlarına uyğun manevrləri, addımları var.

“Amma cəmiyyət olaraq Fələstin-İsrail münaqişəsi bizim 1 nömrəli məsələmiz olmamalıdır.

Qüds məsələsində Azərbaycan Fələstini dəstəkləyir, İsraili yox. Burada problem Azərbaycan insanının bütün məsələlərdə olduğu kimi, yenə də "Roma Papasından çox katoliklik" etməsidir, fələstinlidən çox fələstinli, yəhudidən çox yəhudi oluruq. Problemimiz budur”.

Siyasət yazarı, jurnalist Aqşin Kərimov bildirib ki, Fələstin-İsrail münaqişəsi barədə tək-tük insan obyektiv dəyərləndirmə aparır:

“Bəziləri isə bu məsələdə Azərbaycanın İsraili dəstəklədiyi qənaətindədir. Azərbaycanın mövqeyi isə çoxlarının düşündüyünüzdən fərqlidir, dövlətimiz beynəlxalq hüququn çərçivələri əsasında siyasət yürüdür. Bəzilərinin yeri gəldi-gəlmədi İsraili dəstəkləməyi, digərlərinin isə sırf İran siyasi leksikonu ilə İsrailə lənətlər yağdırmağının mayasında aşırı siyasi simpatiya dayanır ki, bu da obyektiv mülahizələrdən çox-çox uzaqdır. İsrail Azərbaycanın tərəfdaşıdır, hətta müttəfiqidir, lakin Bakı ədalətsiz siyasətə heç zaman haqq qazandıran bəyanatlar verməyib, verməyəcək də. Prezident İlham Əliyev özü vaxtı ilə Qüdsün İsrailin paytaxtı olmasına qarşı çıxış da edib. Onu da bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şərqi Qüds məsələsini işğal faktı kimi tanıyıb və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətlərə etiraz edib”.

 


Fidan İlqar
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa çempionatında qolsuz matç 15 İyun 2021, 01:01 Corabları ilə NATO sammitinə damğasını vuran lider kimdir? - FOTO 15 İyun 2021, 00:56 Azərbaycan və Gürcüstan milliləri sülh bağladı 15 İyun 2021, 00:49 Qırmızı işıqda keçən maşın qəza törətdi - FOTO 15 İyun 2021, 00:37 Polşalı qapıçı tarixə düşdü 15 İyun 2021, 00:23 Ərdoğan Azərbaycana yola düşdü 15 İyun 2021, 00:08 Azərbaycanda Milli Qurtuluş Günüdür 15 İyun 2021, 00:01 “Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden 14 İyun 2021, 23:53 Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi 14 İyun 2021, 23:37 Ruslar erməniləri Kəlbəcər və Xocavəndə APARDI 14 İyun 2021, 23:25 İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı 14 İyun 2021, 23:14 Əli Əsədov iclas keçirdi - FOTO 14 İyun 2021, 23:03 Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı 14 İyun 2021, 22:56 Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi 14 İyun 2021, 22:49 Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar - FOTO 14 İyun 2021, 22:38 Polis əməkdaşını maşın vurdu 14 İyun 2021, 22:29 “Əlini daşın altına qoymaq vaxtıdır” - Ərdoğan Baydenlə görüşdən danışdı 14 İyun 2021, 22:18 Polşa Slovakiyaya məğlub oldu - AVRO-2020 14 İyun 2021, 22:05 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 14 İyun 2021, 21:58 “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu” - Bayden   14 İyun 2021, 21:44 Büdcə gəlirləri 9,735 milyard manatı ötüb 14 İyun 2021, 21:37 Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO 14 İyun 2021, 21:28 NATO-dan Türkiyəyə minnətdarlıq 14 İyun 2021, 21:20 Rəşad Nəbiyevə yeni müavin təyin edildi 14 İyun 2021, 21:06 Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı - FOTO 14 İyun 2021, 20:55 Dövlət başçısı Daşaltıda tunelin təməlini qoydu - FOTO 14 İyun 2021, 20:45 Prezident Zəfər yolundakı körpü ilə tanış olub - FOTO 14 İyun 2021, 20:34 Prezident və xanımı “Füzuli” yarımstansiyasının açılışında - FOTO 14 İyun 2021, 20:15 "Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham Əliyev 14 İyun 2021, 20:07 Prezident: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır 14 İyun 2021, 19:47 BTC ilə nəql olunan neftin həcmi AÇIQLANDI 14 İyun 2021, 19:38 Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb 14 İyun 2021, 19:25 Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR 14 İyun 2021, 19:19 Azərbaycanda peyvənd olunanların SAYI... 14 İyun 2021, 19:01 Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub 14 İyun 2021, 18:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?