Modern.az

İsrail və Fələstin nümayəndələri BMT TŞ-da bir araya gəlir

İsrail və Fələstin nümayəndələri BMT TŞ-da bir araya gəlir

Aktual

16 May 2021, 11:55

İsrail və Fələstin nümayəndələri, həmçinin BMT-nin Baş katibi Antonio Quterriş bu gün Təhlükəsizlik Şurasının bölgədəki gərginliklə bağlı açıq iclasında çıxış edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

 

Məlumata görə, iclasda Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən əlavə Fələstin, İsrail, eləcə də İordaniya və Misir daxil olmaqla bir sıra regional ölkələrin nümayəndələri iştirak edəcəklər.

 

Bu, Təhlükəsizlik Şurasının Fələstin-İsrail nizamlanmasına dair bir həftədə üçüncü iclası olacaq. Lakin iclas ilk dəfə açıq formatda və münaqişə tərəflərinin iştirakı ilə keçiriləcək.

 

Təhlükəsizlik Şurasının əvvəlki iclaslarında ABŞ-ın mövqeyi səbəbindən vəziyyətin deeskalasiyasına çağıran vahid bəyanat hazırlamaq mümkün olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır