Modern.az

Jurnalistə “Baku Steel Company”də vəzifə verildi

Jurnalistə “Baku Steel Company”də vəzifə verildi

Media

19 May 2021, 11:15

Jurnalist İlkin İzzət yeni vəzifəyə təyinat alıb. Modern.az-ın məlumatına görə, İ.İzzət “Baku Steel Company”nin İctimai Kommunikasiyalar şöbəsinin rəisi təyin olunub.

 

Qeyd edək ki, İlkin İzzətin sonuncu iş yeri “OBA” Marketlər Şəbəkəsində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi olub.

O, 1998-ci ildən bəri televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi və portalları da daxil olmaqla müxtəlif kütləvi informasiya vasitələrində fərqli vəzifələrdə, həmçinin böyük şirkətlərdə ictimai kommunikasiyalar departamentinin rəhbəri və Milli Məclisdə məsləhətçi, İctimai Televiziya və Radio Yayımları Şirkətində şərhçi və redaktor vəzifələrində çalışıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü