Arxiv
4 İyun 2021, 14:55 | ÖLKƏ
Rövşən Əkbərovun istintaqı YEKUNLAŞDI

Həbsdə olan sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az-ın məlumatına görə, cinayət işi tanışlıq mərhələsinə verilib və iş yaxın günlərdə məhkəməyə göndəriləcək.

 

Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib.

 

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

 

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

 

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi – Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 DYP-dən həftə sonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38 Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edir 17 Sentyabr 2021, 09:32 “Azərişıq”ın əməkdaşını cərəyan vurub öldürdü 17 Sentyabr 2021, 09:26 Neft yenidən ucuzlaşdı 17 Sentyabr 2021, 09:21 Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI 17 Sentyabr 2021, 09:16 Avropa və Konfrans liqalarında ilk oyunlar - Bütün NƏTİCƏLƏR 17 Sentyabr 2021, 09:10 MTN generalının cinayət işi icraata verildi 17 Sentyabr 2021, 09:06 Xarici valyutaların manata qarşı məzənnəsi 17 Sentyabr 2021, 09:00 Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır? - İDDİA 17 Sentyabr 2021, 08:53 Bakıda bu mənzillər ucuzlaşır 17 Sentyabr 2021, 08:45 UEFA reytinqində Azərbaycanın mövqeyi 17 Sentyabr 2021, 08:38 Avropa Birliyi öz ordusunu yaratmaq istəyir 17 Sentyabr 2021, 08:32 Daha bir ölkə sərhədlərini açdı 17 Sentyabr 2021, 08:25 Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb 17 Sentyabr 2021, 08:10 İnsan zəkasını və məntiqini artıran QİDALAR 17 Sentyabr 2021, 08:01 Bu günün hava proqnozu 17 Sentyabr 2021, 07:54 Yaponiyada vulkan püskürdü 17 Sentyabr 2021, 07:53 Üç ölkə arasında müdafiə müqaviləsi imzalandı   17 Sentyabr 2021, 07:48 XİN rəsmisi Ermənistanla bağlı açıqlama yaydı 17 Sentyabr 2021, 07:40 Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?