Modern.az

Bayden bu gün Ərdoğanla S-400 məsələsini müzakirə edəcək

Bayden bu gün Ərdoğanla S-400 məsələsini müzakirə edəcək

Dünya

14 İyun 2021, 09:30

Bu gün Brüsseldə ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan görüşəcəklər.


Modern.az-ın məlumatına görə, hər iki prezident NATO sammitində iştirak etmək üçün Brüsselə gedib. Onların ikitərəfli və heyətlərarası görüşlər keçirəcəyi gözlənilir.

Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, ABŞ Prezidenti Ərdoğanla Türkiyədə Rusiyanın S-400 zenit raket komplekslərinin yerləşdirilməsi mövzusunu müzakirə etmək niyyətindədir.

 

 

"Bəli, bu məsələ müzakirə ediləcək. S-400, bəli, zenit raket kompleksləri...", - o bildirib.

 

Lakin Sallivan Baydenin bu mövzuda Ərdoğana tam olaraq nə deyə biləcəyindən danışmayıb. Eyni zamanda, prezidentin köməkçisi Baydenin Türkiyə lideri ilə söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna toxunmaq niyyətində olduğunu söyləyib.


Bundan başqa ABŞ və Türkiyə liderlərinin görüşündə həm də insan hüquqları və demokratiya məsələləri müzakirə ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü