Arxiv
17 İyun 2021, 14:03 | DÜNYA
Politoloq İrandakı prezident seçkisində sürprizi mümkün sayır - 4 namizəd qaldı

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada imzaladığı bəyannamənin tarixi əhəmiyyətini və müttəfiqliyin gələcək konturlarını müzakirə edərkən qonşu İranı da unutmayaq. İranda sabah prezident seçkisidir. Seçkiyə 7 namizəd qeydə alınmışdı, 4-ü qaldı, 3-ü namizədliyini geri götürdü”.

Modern.az-ın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, İrandakı seçkilərdə prezidentliyə nazmizədliyini geri görütənlər bunlardır:

Əlireza Zakani, Səid Cəlili və Möhsün Mehralizadə.

“Birinci iki siyasətçi namizədliklərini mühafizəkarların lideri sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər. Hər ikisi tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırıblar. İslahatçı namizəd sayılan Möhsün Mehralizadə isə tərəfdarlarına kimi dəstəkləməyi məsləhət görməyib. Bununla da Əbdülnasir Həmmati seçkidə yeganə islahatçı namizəd kimi qalıb”.


E.Şahinoğlu deyir ki, böyük ehtimalla Əlireza Zakani və Səid Cəlili namizədlikləri qeydiyyatdan əvvəl İbrahim Rəisini dəstəkləyəcəklərini müəyyənləşdirmişdilər.

“Yəni hər iki namizəd faktiki İbrahim Rəisinin “layihəsi” olub. İranda keçiriən son rəy sorğusu prezident seçkisində İbrahim Rəisinin qələbə çalacağını göstərir. İbrahim Rəisi son sorğunun nəticəsinə görə, 57 faizlə irəlidədir. O biri namizədlər 2-5 faiz arasındadırlar. Misal üçün,  namizədliklərini geri götürən 3 namizədin toplam reytinqi 5 faiz civarında idi. Ancaq İranda sorğu nisbi xarakter daşıyır. Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil.

Seçkiyə bir neçə gün qalmış İŞİD qruplaşmasına məxsus terrorçular İran-İraq sərhədində partlayış törədiblər. Onlar elektrik xəttini partladıblar. Nəticədə İrandan İraqa elektrik ixracına bir müddət fasilə verilib. Seçki günü İranın bütün məntəqələrində təhlükəsizlik tədbirləri artırılacaq”.


Beləliklə sabah İranda prezidentlik uğrunda aşağıdakı 4 yarışacaq:

İbrahim Rəisi
Möhsün Rezai
Əbdülnasir Həmmati
Əmirhüseyn Qazizadə Haşimi.


Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərin əsas namizədi sayılır. İbrahim Rəisinin rəqiblərindən heç biri onun qədər nüfuzlu fiqur sayılmır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FHN-nin 100 əməkdaşı Türkiyəyə yola düşdü - FOTOLAR 30 İyul 2021, 18:34 Fransız jurnalistlər Qarabağda - FOTOLAR 30 İyul 2021, 18:27 Azərbaycan və Pakistan parlamentləri arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR 30 İyul 2021, 18:20 Dolların məzənnəsi sabit qaldı 30 İyul 2021, 18:16 Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı 30 İyul 2021, 18:10 “Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik” 30 İyul 2021, 18:04 Eldəniz Səlimov deputat mandatından məhrum edilir 30 İyul 2021, 17:58 Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO 30 İyul 2021, 17:52 Fuad Muradov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 30 İyul 2021, 17:48 Göyçayda şadlıq sarayının sahibi cərimələndi 30 İyul 2021, 17:44 “Nar Wi-Fi” ilə sən harada, internet orada! 30 İyul 2021, 17:38 Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50