Modern.az

Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF

Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF

24 İyun 2021, 15:06

“Şadlıq mərasimlərinin təşkilinə icazə ilə yanaşı, yaslarla bağlı da qərar verilməlidir”.

 

Bunu Modern.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib. Onun sözlərinə görə, minimum 50 nəfərlə, ehsan təşkil edilmədən yas mərasimlərinin keçirilməsiə icazə verilməlidir:

“Heç olmasa vətəndaşlara ölüsü düşəni ziyarət edib başsağlığı vermək imkanı tanınmalıdır. Ailələrin bu tədbirləri keçirməsi üçün hüquqi çərçivə cızılmalıdır”.

 

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində qeyri-müəyyən vaxtadək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.

Sizə yeni x var
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi