Modern.az

Bu ölkədə uşaqlara sosial şəbəkələrə giriş məhdudlaşdırılır

Bu ölkədə uşaqlara sosial şəbəkələrə giriş məhdudlaşdırılır

Dünya

Bu gün, 19:41

Özbəkistanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunvericilik yolu ilə məhdudlaşdırılması təşəbbüsü müzakirə olunur.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məktəbəqədər və məktəb təhsili naziri Ezozxon Karimova məlumat verib.

Nazirin sözlərinə görə, məsələ artıq parlamentin hər iki palatasının üzvləri – deputatlar və senatorlarla müzakirə edilib. Hazırda ictimai müzakirəyə təqdim edilməsi nəzərdə tutulan qanun layihəsinin hazırlanması istiqamətində iş aparılır.

Karimova bildirib ki, uşaqların smartfonlardan istifadəsini tamamilə qadağan etmək mümkün deyil. Onun fikrincə, əsas məqsəd bu istifadənin müəyyən qaydalar çərçivəsində tənzimlənməsi və rəqəmsal istifadə mədəniyyətinin formalaşdırılmasıdır.

Nazir xatırladıb ki, məktəblərdə bununla bağlı qaydalar artıq tətbiq edilir və həmin qaydalara əsasən şagirdlər təhsil müəssisəsinə daxil olmamışdan əvvəl mobil telefonlarını təhvil verməlidirlər. Lakin o qeyd edib ki, bu tələblərə bütün məktəblərdə tam şəkildə əməl olunmur.

"Bu səbəbdən qaydalara nəzarəti daha da gücləndirmək və 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsini qanunvericilik səviyyəsində məhdudlaşdırmaq niyyətindəyik", – deyə Ezozxon Karimova vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada