Modern.az

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Hadisə

Bu gün, 19:10

Göyçay rayonunda çaya yıxılan 57 yaşlı kişi xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Şükür oğlu sudan çıxarılıb xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada