Modern.az

Qarabağ qaziləri Mübariz Mənsimovdan gileyləndilər - “Dövlət Bağçalı bizim müraciəti Ərdoğana çatdırdı”

Qarabağ qaziləri Mübariz Mənsimovdan gileyləndilər - “Dövlət Bağçalı bizim müraciəti Ərdoğana çatdırdı”

6 İyul 2021, 11:40

I Qarabağ müharibəsin döyüşləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdan giley-güzar ediblər.

Modern.az-ın məlumatına görə, Mübariz Mənsimovun həbsdən azad edilməsi üçün imza toplayan qazilər bunu hansısa təmənna üçün etmədiklərini bildiriblər. 

İmzatoplamada iştirak edən Qarabağ müharibəsinin veteranı Vaqif Əlisoy bildirib ki, “Palmali” şirkətlər qrupunun rəhbəri həbsdə olarkən Mübariz Mənsimovun müdafiəsi üçün prezident Ərdoğana müraciət etməyi lazım biliblər.

“Mən Qarabağ qaziləri Tərlan Eyvazova, Habil Şirinova , Azay Kərimova, Üzeyir Cəfərova, Rey Kərimoğluna zəng edib bu məsələni çatdırdım. Döyüşçü qardaşlar dərhal razılaşdılar və tanıdıqları komandirləri də bu işə cəlb edəcəklərini bildirdilər. Sonra bizim müraciət hazırlandı, həm Azərbaycan mətbuatında, həm Türküyə mediasında, həm də sosial şəbəkələrdə yayımmlandı və böyük dəstək qazandı.
Həmin müraciət Türkiyənin Milliyətçi Hərəkat Partiyasından (MHP) olan dostlarımız vasitəsilə cənab Dövlət Bağçalıya çatdırıldı.  Bizim xahişimizlə Dövlət bəy o müraciəti Türkiyə prezidenti cənab Ərdoğana çatdırdı”.

Vaqif Əlisoy deyir ki, Mübariz Mənsimovun həbsdən azad olunmasında bu müraciət boyük rol oynayıb:

“Çox təəssüf ki, bu gün qədər Mübariz bəyin nə özü, nə də onun mətbuat xidməti bir dəfə də olsun bu müraciətə münasibət bildirməyib. Çanı sağ olsun. Şükür ki, azadlıqdadır. Mübariz bəyin vaxtı ilə çörək verdiyi, inandığı adamlar ona xəyanət etdilər. Hamıya inandı. Bu gün də həmin səhvləri təkrar edir. Elə adamları qəbul edir, elə adamlarla şəkil çəkdirib paylaşır ki, adam məəttəl qalır. Yenə də özü bilər. Biz isə həmin vaxt bütün təzyiqləri göz önünə alaraq, onu müdafiə etdik, Allah etməmiş, təkrar belə bir iş baş verərsə, yenə yanında olacağıq!”.

Qeyd edək ki, sözgedən müraciətin Türkiyə mediasında çap olunmuş mətni ilə bu linkdən tanış olmaq mümkündür.

Xatırladaq ki, ötən ilin martında FETÖ terror təşkilatı ilə əlaqədə ittiham edilərək saxlanılan M.Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.

 

İş adamı bu il iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən də azad olunub. Və dünəndən “Palmali” şirkətlər qrupunda işinə davam etməyə başlayıb.

 
A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir