Modern.az

Prezident iki səfiri geri çağırdı - SƏRƏNCAM

Prezident iki səfiri geri çağırdı - SƏRƏNCAM

16 İyul 2021, 17:30

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri ilə bağlı sərəncam verib.

Modern.az xəbər verir ki, sərəncamla Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi ilə bağlı da sərəncam imzalaylb.

Sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır