Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

21 İyul 2021, 11:15

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Modern.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar geriləyərək 69,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 67,42 dollar olub.

Azərbaycan nefti isə ucuzlaşıb.

Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 69,32 dollar təşkil edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü