Modern.az

“Bizə dəstək olan ən önəmli ölkə Azərbaycandır”

“Bizə dəstək olan ən önəmli ölkə Azərbaycandır”

Aktual

5 Avqust 2021, 00:19

“Bu gün qardaşım İlham Əliyevlə telefon söhbətimiz oldu. Bir “Amfibiya” təyyarəsini göndərəcəyini bildirdi”

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində bildirib.

 

Prezident Ərdoğan deyib ki, yanğınların söndürülməsində və yayılmasının qarşısını almaqda Azərbaycan ilk gündən öz dəstəyini əsirgəməyib:

 

“Bizə dəstək verən hər bir dövlətə təşəkkür edirəm. Burada ən önəmlisi Azərbaycandır. Hazırda bir yanğınsöndürmə helikopteri və çox sayda heyəti ilə ölkəmizdə yanğınla mübarizə aparırlar. “Amfibiya” təyyarəsinin də gəlməsi ilə bərabər, yanğınsöndürən təyyarələr məsələsi daha yaxşı xidmət etmiş olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi