Modern.az

Bakıda daha 9 naməlum şəhidin MƏZARI AÇILACAQ

Bakıda daha 9 naməlum şəhidin MƏZARI AÇILACAQ

19 Avqust 2021, 12:09

Sabah Bakı şəhərində yerləşən İkinci Şəhidlər Xiyabanında 9 naməlum şəhidin məzarı açılacaq.

 

Bu barədə Modern.az-a Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

 

Onun sözlərinə görə, avqustun 20-də 9 məzarın açılması nəzərdə tutulub: 

 

“Qəbirlərin açılması prosesi prokurorluğun qərarı ilə həyata keçirilir”.

 

Qeyd edək ki, bir müddət əvvəl Bakıdakı Birinci Şəhidlər Xiyabanında 23 naməlum şəhid məzarı açılmışdı.

 

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət ediblər.

 

Məlumata görə, naməlum məzarlar Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aiddir.

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü