28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
14 Sentyabr 2021, 15:35 | MEDİA
Jurnalistlərin Şuşa qeydləri: “"Hər şey möcüzə kimidir...” - FOTOLAR

Bu yaxınlarda əslən Şuşadan olan bir qrup jurnalistin Azərbaycanın Mədəniyyət paytaxtına səfəri təşkil olunub. Onlar 30 ildən sonra doğma şəhərlərini gəzib, məscidləri, tarixi yerləri ziyarət ediblər.

 

Şuşaya səfər edən həmkarlarımızdan bəziləri təəssüratlarını Modern.az-la bölüşüb.

 

“Region Plus” jurnalının baş redaktoru Namiq Mayılov Şuşada gördüyü mənzərənin təsiri altında olduğunu deyib. Bildirib ki, torpaqlarımızda hələ də şəhid qanının qurumadığını düşünəndə, insan sevinməyə utanır:

 

“Şuşada gördüklərimin hələ də təsiri altındayam. Şuşada torpağa ayaq basmağımız, oranın havasını udmağımız, suyunu içməyimiz hələ də yuxu kimi gəlir mənə. Çox qarışıq hisslər keçirirəm. Bir yandan Qələbə sevinci, digər yandan qəhər boğur adamı. Ayaq basdığın bu torpağın üzərində şəhid qanlarının hələ qurumadığını düşünəndə özünü günahkar hiss edirsən. Sevinməyə utanırsan. Digər tərəfdən inanmaq istəyirsən ki, onların da ruhları şaddır.

 

Amma qürurluyam. Azad edilmiş torpaqlarda bizi müşayiət edən şəhər və kəndlərimizin xarabalıqlarını Zəfər yolu boyu aparılan geniş quruculuq işləri əvəz edir. Bir tərəfdən müharibənin buraxdığı ağır izlər, digər tərəfdən yeni və gözəl gələcəyə inam.

 

Təbii ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra mən də hamı kimi Şuşaya səfər edəcəyim günü həyəcanla gözləyirdim.

 

Həm bir jurnalist kimi Şuşanın tarixi-siyasi əhəmiyyətini anladığım üçün, həm də müharibənin yarımçıq qoyduğu uşaqlığıma qayıtmaq istədiyim üçün gözləyirdim...

 

Xankəndində doğulub böyüsəm də, xatirələrimdə Şuşanın xüsusi yeri var. Oranın havası, suyu, təbiəti, insanları mənə çox doğmadır. Şuşa mənim uşaqlıqda gördüyüm ilk Azərbaycan qalasıdır. Şuşa mənim üçün atamla meşənin sehrinə valeh olub, Xankəndindən piyada gedib çıxdığımız yerdir. Şuşa mənim üçün yarımçıq qalmış musiqiçi olmaq arzumun başlandığı yer, ilk musiqi alətimin alındığı şəhərdir”.

 

 

Jurnalist qeyd edib ki, keçən il bu vaxtı bütün bunlar bizə xəyal kimi görünürdü:

 

“Şuşa doğulub böyüdüyüm Xankəndi ilə ata yurdum Laçını bağlayan şəhərdir. Uşaq vaxtı bizi kəndimizə aparan yollar, dağ aşırımlar məhz Şuşadan keçir. Əminəm ki, tezliklə o yollar yenidən bizi firavan həyatımıza qaytaracaq. Yeri gəlmişkən, Cıdır düzündən Xankəndinə gözəl mənzərə açılır. Oradan doğma şəhərimi xeyli seyr etdim. Bayrağımızın Şuşa dağlarında, Xankəndinin başı üzərində dalğalanmasını görmək qürurvericidir. Əminəm ki, tezliklə Xankəndinin özündə də bu gözəl mənzərənin şahidi olacağıq.

 

Dünən Şuşalı jurnalist dostlarla onların böyüdükləri evləri axtardıq, amma yerində xarabalıqlar gördük. Təbii ki, ağırdır. Artıq Şuşaya yeni həyat qayıdıb. Şuşalılar qonaq qarşılayıb yola salır, onları doğma şəhərlərində gəzdirir, ətirli Qala çörəyinə qonaq edirlər. Keçən il bu vaxtı bütün bunlar bizə xəyal kimi görünürdü. Xəyallarımızı gerçəyə çevirən müzəffər ordumuza, Ali Baş Komandana ömrü boyu minnətdar olacağam. Cıdır düzündə olanda şəhidlərimizin ruhları qarşısında baş əydik, məsciddə dualar etdik, qazilərimizə cansağlığı dilədik. Bilmirəm onların borcundan çıxa biləcəyikmi?”.

 

 

Tanınmış jurnalist, şəhid övladı Günel Şahmalıqızı 29 ildən sonra Şuşaya getməyin onun üçün unudulmaz olduğunu bildirib:

 

“29 ildən sonra dünyaya göz açdığım, doğulduğum və 9 yaşıma qədər böyüdüyüm Şuşa şəhərini ilk dəfə ziyarət etdim. Xoşbəxt uşaqlığımın keçdiyi bütün küçələri addım-addım gəzdim. İnanın ki, Şuşaya Vətən deməklə, Şuşanı ifadə etmək çox çətindir. Şuşa misilsizdir, sevimlidir, möhtəşəmdir. Mən bir daha şahidi oldum ki, Şuşa möcüzədir və mən cənnətdə doğulmuşam, Qarabağ cənnətdir.

 

Səfər boyu atamla bağlı bütün xatirələr gözümün önündə canlandı, mən Şuşanı atamsız ziyarət etdim. Heç bir nişanə, heç bir əlamət qalmadığı üçün ikinci cəhddə evimizi tapdım. Müəyyən əlamətlərdən bildim ki, burada bizim evimiz olub. Mənim böyüdüyüm məhəllə tamamilə dağıdılıb, məhv olub. Şuşa erməni vandalizminin bariz nümunəsidir”.

 

O, tezliklə doğma torpağı Şuşaya geri dönəcəyi günləri gözləyir:

 

“Biz eyni zamanda erməni vandalları tərəfindən dağıdılan tarixi, dini, mədəni abidələrimizi ziyarət etdik. Həm də onların dövlətimiz tərəfindən bərpasının şahidi olduq. Hazırda böyük quruculuq işləri gedir.

 

Bununla yanaşı mən Şuşanın məğrur, Azərbaycan əsgərinin necə qürurla dayandığını gördüm. Bir daha fəxr etdim, xoşbəxtəm ki, mənim də atam zamanında bu əsgərlər kimi Şuşanı yağı düşməndən qoruyub.

 

Allah bütün şəhidlərimizə rəhmət etsin, onların müqəddəs ruhu qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı arzu edirəm. Ali Baş Komandanımıza cansağlığı arzu edirəm ki, onun rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu ata-baba yurdumuzu bizə yenidən qaytarıb. İnanıram ki, Şuşada gedən quruculuq işləri sayəsində biz çox yaxın zamanda evimizə qayıdacağıq. Bu müqəddəs Şuşamızda yenidən xoş günlər yaşayacağıq”.

 

Qeyd edək ki, jurnalistlərin Şuşaya səfəri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunub.

 

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq 28 Sentyabr 2021, 08:31 Bu gün yağış yağacaq - Çaylarda sel olacaq 28 Sentyabr 2021, 08:23 Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11 Anım Günündə 58 mindən çox ağac əkildi 28 Sentyabr 2021, 07:56 Daha bir ölkə turistlər üçün sərhədlərini açır 28 Sentyabr 2021, 07:50 Azərbaycan bu məhsulların idxalına qadağa qoydu 28 Sentyabr 2021, 07:46 Yunanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var 28 Sentyabr 2021, 07:32 Bayden peyvəndin 3-cü dozasını vurdurdu 28 Sentyabr 2021, 00:58 44 gün davam edəcək “Xarıbülbül” satış-sərgisi keçirilir 28 Sentyabr 2021, 00:47 Makrona yumurta atan şəxs saxlanıldı 28 Sentyabr 2021, 00:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?