Modern.az

İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO

İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO

18 Sentyabr 2021, 12:50

Azərbaycanımızın  müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə, qazilərə  diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.

 

Möhtərəm Prezident cənab  İlham Əliyevin və Birinci vitse-prezident hörmətli  Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. 

 

Naftalan şəhərində də şəhid ailələrinin sosial qayğıları həmişə diqqət mərkəzində saxlanılır.

 

Modern.az xəbər verir ki, Naftlan ŞİH-də  keçirilən görüşdə icra başçısı Vüqar Novruzov Qurbanovlar ailəsinin üzvü Nadir Qurbanovu dinləyib, şəhid ailəsinin qaldırdığı məsələlər ətrafında araşdırılmaların aparılması və həll olunması barədə tapşırıqlar verib. Nadir Qurbanov Qurbanovların adının əbədiləşdirilməsi istiqamətində yaşadıqları küçəyə adlarının verilməsini bildirib, onları narahat edən müəyyən məsələlərlə bağlı məsləhətləşmişdir. Həmçinin, ŞİH tərəfindən şəhidlərin il mərasiminin keçirilməsi ilə əlaqədar Nadir Qurbanova müvafiq köməklik göstərilib.

 

Nadir Qurbanov isə  şəhid ailələri ilə keçirilən görüşlərin ənənəyə çevrilməsindən, onları maraqlandıran məsələlərin həllinə operativ yanaşılmasından razılığını bildirib.

 

Qeyd edək ki, Qurbanov Nadir Elbrus oğlu Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixdə erməni daşnaklarının atdığı top mərmisi nəticəsində ailəsinin beş üzvünü itirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi