Belçika Kral Futbol Assosiasiyası (RBFA) Mark van Bommelin milli komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, tərəflər arasında 2028-ci il Avropa çempionatının sonunadək müqavilə imzalanıb. 49 yaşlı mütəxəssis avqust ayının ortalarından etibarən vəzifəsinin icrasına başlayacaq.
Mark van Bommel futbolçu karyerası ərzində Niderlandın PSV, İspaniyanın “Barselona”, Almaniyanın “Bavariya” və İtaliyanın “Milan” klublarının formasını geyinib. Məşqçi kimi isə PSV, Almaniyanın “Volfsburq” və Belçikanın “Antverpen” komandalarını çalışdırıb. O, 2022/2023-cü illər mövsümündə “Antverpen”ə tarixində ilk dəfə həm Belçika çempionluğunu, həm də ölkə kubokunu qazandıraraq “qızıl dubl”a imza atıb.
Qeyd edək ki, Belçika millisinin əvvəlki baş məşqçisi Rudi Qarsiya idi. Onun rəhbərliyi altında komanda dünya çempionatının 1/4 finalına yüksəlib, bu mərhələdə İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.