Modern.az

Azad edilmiş ərazilərdə iki nəfər mina partlayışından həlak olub, 11-i yaralanıb

Azad edilmiş ərazilərdə iki nəfər mina partlayışından həlak olub, 11-i yaralanıb

Aktual

24 İyul 2026, 16:00

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib