Modern.az

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi başlayır

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi başlayır

Aktual

Bu gün, 09:42

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə “XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinin icrasına başlanılır. 

Modern.az xəbər verir ki, layihə XTQ veteranlarının, şəhid ailələrinin övladlarının və ailələrinin sosial inteqrasiyasına, psixoloji rifahının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və vətənpərvərlik ruhunun aşılanmasına xidmət edən maarifləndirici və sosial proqramdır.

Layihə çərçivəsində 60 şəhid övladı üçün 3 günlük xüsusi düşərgə proqramı təşkil olunacaq. Düşərgə müddətində iştirakçılar peşəkar psixoloq və pedaqoqların iştirakı ilə maarifləndirici təlimlərdə, komanda oyunlarında, yaradıcılıq fəaliyyətlərində, vətənpərvərlik tədbirlərində, müxtəlif istiqamətli infoturlarda və mədəni proqramlarda iştirak edəcəklər.

Əsas məqsəd XTQ veteranları və şəhid ailələrinin övladlarının sosial-psixoloji dəstək almasını təmin etmək, onların milli-mənəvi dəyərlərə bağlılığını möhkəmləndirmək, valideyn-uşaq münasibətlərini gücləndirmək və inklüziv inkişaf mühiti formalaşdırmaqdır.

Layihənin icrası nəticəsində valideynlər və uşaqlar arasında psixoloji dayanıqlılığın və ünsiyyət bacarıqlarının inkişafı, uşaqlarda liderlik, yaradıcılıq və özünəinam hissinin güclənməsi, ailələr arasında yeni sosial əlaqələrin qurulması, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığın daha da möhkəmlənməsi gözlənilir.

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi yalnız istirahət proqramı deyil, həm də qəhrəmanlarımızın irsinin gələcək nəsillərə ötürülməsinə, şəhid övladlarının hərtərəfli inkişafına və cəmiyyətə inteqrasiyasına xidmət edən mühüm sosial təşəbbüsdür.

Layihə haqqında əlavə məlumatlar və həyata keçiriləcək tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 2-ci paytaxtı darmadağın edildi: Alov bütün şəhəri bürüdü